Belə ki, İnzibati Xətalar Məcəlləsinin 150-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün ərzində inzibati cəriməni ödəməlisiniz.
Əgər qərar qanuni qüvvəyə mindiyi gündən 30 gün ərzində inzibati cəriməni ödəməsəniz, 2 ay tamam olanadək gecikdirilmiş hər növbəti gün üçün cərimə məbləğinin 1 faizi məbləğində dəbbə pulu hesablanır.
Lakin cəriməni bu barədə qərar qanuni qüvvəyə mindiyi gündən 2 ay müddətində ödəməsəniz, səlahiyyətli orqan (vəzifəli şəxs) sizin inzibati xətanı törədərkən idarə etdiyiniz nəqliyyat vasitəsinin saxlanılması barədə qərar qəbul edir.