Salam. Bir məlumat öyrənmək istəyərdim. Mənə 29.01.2026 da sürücülük vəsiqəmə 20 bal olduğuna görə məhdudiyyət qoyuldu. Məndə həmən cəriməyə görə şikayət elədim cavab vermədilər və məhkəməyə verdim, məhkəmə qərar çıxartdıki 327.2 və 327.7 inzibati tenbeh əliyhinə qərar ləğv edilsin və yenidən baxılması üçün həmin orqana göndərilsin. Qərar DYP sisteminə 09.04.2026 daxil olub. Getdim elədim, hələdə köhnə qərarimi ləğv edib yenisini yazmayiblar. Sualım onnan ibarətdiki, köhnə qərarim ləğv ediləndə, mənim sürücülük vəsiqəm məhdudiyyətdən çixacaq, və əgər bu vaxta kimi mənim 1 ili keçmiş 2 balım varsa o qanunla silinəcək? Və yenidən lap eyni 3 balliq qərari versələr, məhdudiyyətə düşməyəcəyki?