Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Sürücülük hüququnuz məhdudlaşdırılıbsa, nə etmək olar?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə barənizdə inzibati cərimə ilə bağlı qərar qəbul edilibsə, həmin qərar qüvvəyə mindiyi gündən 3 ay müddətində icra edilməlidir.

Əgər həmin müddət ərzində cərimə ödənilməzsə, İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququnuz 6 aydan 1 ilədək müddətə məhdudlaşdırıla bilər.

İdarə etmək hüququnuz məhdudlaşdırıldığı halda inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdən sonra məhkəməyə ərizə ilə müraciət edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verdirə bilərsiniz.

Belə ki, İnzibati Xətalar Məcəlləsinin 152.5-ci maddəsinə əsasən barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xəta, yaxud bu Məcəllənin 353.1, 353.2, 353.4 və ya 353.5-ci maddələrində nəzərdə tutulan inzibati xətalar törətməyə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın icra edilməməsinə görə nəqliyyat vasitəsini idarə etmək hüququnun məhdudlaşdırılmasına dair qərar çıxarılmış şəxs inzibati cəriməni və müvafiq olaraq hesablanmış dəbbə pulunu ödədikdə, bu qərara onu qəbul etmiş məhkəmə tərəfindən həmin şəxsin vəsatəti əsasında xitam verilir.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar