- Qoşulub
- 8 Sentyabr 2025
- Mesajlar
- 22
Birinci onu qeyd etmək lazımdır ki, Azərbaycan Respublikasının Konstitusiyasında hər kəsin öz şərəf və ləyaqəti müdafiə etmək hüqüqu qəyd olunub(46-cı maddə).
Bununla bağlı Cinayət Məcəlləsinin 148-ci maddə "Təhqir" yaradılıb. Bu maddəyə əsasən: "Təhqir, yəni kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, mediada və ya kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatında şəxsiyyətin şərəf və ləyaqətini nalayiq formada qəsdən alçaltma" kimi qiymətləndirilib.
Şərəf və ləyaqəti alçatma Yazılı, şifahi və ya bədən hərəkərləri ilə həyata keçirilir
1)Şifahi formada şərəf və ləyaqəti alçaltmaq söyməklə, nalayiq sözlər deməklə, haqqında ələsalıcı ifadələr işlətməklə və s. törədilə bilər.
2)Yazılı formada alçaldılması məktubda, hər hansı müraciətdə və s. istifadə oluna bilər
3)Bədən hərəkətlərlə şərəf və ləyaqəti alçaltmaq üzünə tüpürməklə, şillə vurmaqla, mimika və jestlərlə başqa şəxsi yamsılamaqla və s. hərəkətlərlə edilir.
Qeyd etmək lazımdır ki, Şərəf və ləyaqəti alçaltmaq təhqir olunan şəxsin iştirakı olmadan da törədilə bilər.
148-ci maddəsində qəyd olunan "Kütləvi çıxış" hər hansı şəxsin şərəf və ləyaqətini alçaldan və ya onu nüfuzdan salan məlumatları ən azı 2 nəfər kənar şəxsin görə, eşidə və qavraya biləcəyi formada ifadə etmə başa düşülür.
"Kütləvi nümayiş etdirilən əsər" dedikdə, ən azı 2 nəfər kənar şəxsin görə və ya qavraya biləcəyi şəraitdə nümayiş etdirilən əsərlər (fotoşəkillər, rəsm əsərləri, kinematoqrafıya əsərləri, reklam və s.) başa düşülür.
"Kütləvi informasiya vasitəsi və kütləvi nümayiş etdirildiyi halda internet informasiya ehtiyatı" dedikdə, dövri mətbu nəşrlər, teleradio proqramları, kinoxronika proqramları, sosial internet şəbəkələri, dövri mətbuatın və teleradio kanallarının internet saytları və s. yayım formaları başa düşülür.
Qeyd edim ki, bu maddəyə görə 16 yaşına çatmış fiziki şəxs və daha böyük şəxslər cinayət məsuliyyətinə cəlb oluna bilər.
148-ci maddəyə əsasən aşağıdaki cəza növləri və hədləri qeyd olunub:
"min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan dörd yüz səksən saatadək müddətə ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya altı ayadək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır."