Cinayət Məcəlləsinin 307.1-ci maddəsinə əsasən ağır və ya xüsusilə ağır cinayətin hazırlanmasını və ya törədilməsini bilərək həmin cinayət barəsində xəbər verməmə 1500 manatdan 2500 manatadək miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Arvadı (əri), övladları, valideynləri və qanunvericiliklə dairəsi müəyyən edilmiş digər yaxın qohumları (babalar, nənələr, övladlığa götürənlər, doğma və ögey qardaşlar və bacılar, övladlığa götürülənlər, nəvələr) tərəfindən hazırlanmış və ya törədilmiş cinayət barəsində xəbər verməyən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb oluna bilməz.
Həmin cinayət işləri üzrə istintaqın aparılması prokurorluq orqanlarının səlahiyyətindədir.