Cinayət Məcəlləsinin 149.1-ci maddəsinə əsasən zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma 4 ildən 8 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 10 ildən 15 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
Həmin əməllər təqsirkar şəxs üçün aşkar surətdə 14 yaşına çatmayan şəxs barəsində törədildikdə 3 ilədək müddətə müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə 15 ildən 20 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.