Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
137
Sayt
huquqlar.az
Tanınma - diplom tanınması, xaricdə alınmış təhsil sənədinin (diplomun) Azərbaycanda hüquqi qüvvəyə malik olmasının rəsmi təsdiqlənməsi prosesidir.

Diplom tanınması, xarici bir diplomun ölkədə keçərli olmasını təsdiq edir.

Xarici dövlətdə əldə edilmiş kvalifikasiyanın tanınması şəxsin həmin kvalifikasiyaya Azərbaycan Respublikası ərazisində ekvivalent (bərabərhüquqlu) hesab edilən kvalifikasiya üzrə təhsilini yerli ali təhsil müəssisələrindən birində davam etmək və (ya) həmin kvalifikasiya üzrə əmək fəaliyyəti ilə məşğul olmaq üçün hüquq əldə etməsidir.

Ölkəyə qayıdarkən xaricdə təhsil almış tələbələrin diplomu həmin ölkədə apostil olunmalıdır.

Apostil nədir?


Bir ölkənin ərazisində verilmiş hüquqi qüvvəyə malik olan sənədlər müvafiq qaydada apostil olunduqdan sonra digər ölkənin ərazisində istifadə oluna bilər. Apostil sənədi imzalamış şəxsin imzasının həqiqiliyini, hansı qisimdə çıxış etdiyini, habelə həmin sənədə vurulan möhür və ya ştampın həqiqiliyini təsdiq edir.

Xarici diplomların tanınması üçün namizədlər diplom və əlavəni, lazımi digər sənədləri Azərbaycan dilinə çevirib, notarial qaydada təsdiq etdirib, elektron ərizə sistemi vasitəsilə Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etməlidirlər.

1. Bakalavriat və magistratura diplomlarının tanınması

Ali təhsilin bakalavriat, əsas (baza ali) tibb və magistratura səviyyələri üzrə əldə edilmiş xarici diplomaların tanınması Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən həyata keçirilir.

2. Doktorantura diplomlarının tanınması

Ali təhsilin doktorantura səviyyəsi üzrə xarici ölkələrdə əldə edilmiş elmi dərəcələr haqqında sənədin tanınmasını Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası tərəfindən həyata keçirilir.

Tanınma xidməti ödənişlidir. Diplomların tanınması üçün rüsum 250 AZN təşkil edir. Həmin rüsum elektron müraciət edilən zaman ödənilməlidir.

Əgər Agentlik və ya Komissiya diplomun tanınmasından əsassız olaraq imtina edərsə, həmin imtina cavabını rəsmi qaydada əldə etdikdən sonra iddia ərizəsi ilə inzibati məhkəməyə müraciət edə bilərsiniz.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar