Yeniliklər

Salam, foruma xoş gəlmisiniz

Forum həm vətəndaşlar, həm hüquq tələbələri, həm hüquqşünaslar, həm də vəkillər üçündür. Forumda hüquqa dair istənilən mövzuda sual-cavab, müzakirələr aparılır. Forumda bütün müzakirələrdə iştirak etmək üçün qeydiyyatdan keçməlisiniz.

Yalandan polis çağırmağın məsuliyyəti nədir?

Ülkər Həmidli

Huquqlar.az
Rəhbər
Forum Rəhbəri
Vəkil
Qoşulub
1 Oktyabr 2022
Mesajlar
62
Sayt
huquqlar.az
İnzibati Xətalar Məcəlləsinin 564-cü maddəsinə əsasən bilə-bilə yalandan yanğından mühafizə və polis orqanlarını, təcili yardım və ya digər ixtisaslaşdırılmış xidmətləri çağırmağa görə 100 manat məbləğində cərimə nəzərdə tutulub.

Həmin inzibati xətanı törədərkən 16 yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar.

Cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə isə Cinayət Məcəlləsinin 296-cı maddəsinə əsasən cinayət məsuliyyəti yaradır. Həmin əməlin törədilməsinə görə 1500 manatdan 3000 manatadək miqdarda cərimə və ya 320 saatdan 400 saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə cəzası nəzərdə tutulub.

Həmin cinayəti törədənədək 16 yaşı tamam olmuş şəxs cinayət məsuliyyətinə cəlb edilir.
 

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Forumdan daha çox yararlanmaq üçün giriş edin yada üzv olun!

Qeydiyyat

Forumda bir hesab yaratmaq tamamilə ödənişsizdir.

Qeydiyyat
Giriş

Əgər bir hesabınız varsa, lütfən giriş edin

Giriş

Tema redaktoru

Tema xüsusiyyətləri

Qrafik arxa planlar

Qranit arxa planlar