- Qoşulub
- 23 Fevral 2026
- Mesajlar
- 9
Zəruri müdafiyəyə Cinayət Məcəlləsinin 36-cı maddəsində anlayış verilir. “Zəruri müdafiə vəziyyətində, yəni özünü müdafiə edənin və ya başqa şəxsin həyatını, sağlamlığını və hüquqlarını, dövlətin və cəmiyyətin mənafelərini qəsd edənə zərər vurmaq yolu ilə ictimai təhlükəli qəsddən qoruyarkən törədilmiş hərəkət, zəruri müdafiə həddini aşmamışdırsa, cinayət sayılmır”. Zəruri müdafiə vəziyyətində yol verilən müdafiə hərəkəti ictimai-faydalı olduğundan hüquq qaydalarının mmöhkəmləndirilməsinə xidmət edir. Qeyri-hüquqi sayılmadığından belə hərəkətlərdə cinayət tərkibi olmur.
Zəruri müdafiə hücum edənə zərər vurmaq yolu ilə ictimai-təhlükəli qəsddən qorunmaq vətəndaşların subyektiv hüququdur. Vətəndaşlar bu hüquqdan istəyinə görə istifadə edə bilər. İctimai-təhlükəli qəsdlərdən dövlət mənafeyini, ictimai mənafeyi, habelə başqalarının mənafeyini müdafiə etmək vətəndaşların borcudur. Lakin bəzi kateqoriyalı şəxslər üçün dövlət mənafeyini, ictimai mənafeyi, habelə vətəndaşların mənafeyini kriminal qəsdlərdən qoriumaq qulluq mövqeyindən irəli gələn vəzifə hesab edilir.
Zəruri müdafiə qəsdin qarşısının alınmasının fəal forması kimi təkcə hücum edənin təhlükəli hərəkətlərini neytrallaşdırmağı deyil, eyni zamanda qəsd edənə əks hücumu nəzərdə tutur.
Cinayət Məcəlləsinin 36.2-ci m-nin göstərişinə görə “Peşə və ya digər xüsusi hazırlığından və qulluq vəziyyətindən asılı olmayaraq bütün şəxslər zəruri müdafiə hüququna malikdirlər. Bu hüquq, dövlət orqanlarına və ya başqa şəxslərə kömək məqsədi ilə müraciət etmək, habelə ictimai təhlükəli qəsddən yayınmaq imkanından asılı olmayaraq bütün şəxslərə şamil olunur”.
Qanun qəsdə məruz qalan şəxsə tyəhlükədən qaçmaq imkanına, yaxud da başqa şəxslərə, ya da dövlət orqanlarına kömək üçün müraciət etmək imkanından asılı olmayaraq zəruri müdafiədən istifadə hüququ verilir. Buna görə də hücuma məruz qalan şəxs təhlükəni başqa vasitələrlə aradan qaldırmaq imkanının olduğu halda zəruri müdafə hüququndan istifadə edərək, qəsd edənə zərər vurmaq yolu ilə belə təhlükəni aradan qaldırmışsa, belə fəaliyyət qanunauyğun hesab edilir.
Qəsd edənə zərər vurma yolu ilə ictimai-təhlükəli hücumun qarşısını almağa yönəldilən hərəkət formal cəhətdən cinayət qanununda nəzərdə tutulan əməlin əlamətlərinə uyğun gəlmiş olsa da zəruri müdafiə vəziyyətində yol verildiyindən məsuliyyəti aradan qaldırır.
Yol verilən hərəkətlərin zəruri müdafiə vəziyyətində törədilən əməl hesab edilməsi və cinayət məsuliyyətinin aradan qalxması üçün zəruri müdafiə institutuna xarakterik olan iki qrup şərtlərə riayət edilməlidir: 1) qəsd əməli ilə bağlı zəruri müdafiənin hüquqi şərtləri; 2) müdafiə hərəkətləri ilə bağlı zəruri müdafiənin hüqulilik şərtləri.
Qəsdə aid olan şərtlər: Əməl ictimai-təhlükəli olmalıdır — əməl şəxsiyyətə, cəmiyyətə, yaxud dövlət mənafeyinə mühüm zərər yetirməklə davam etdirilməli, yaxud bilavasitə zərər yetirmək təhlükəsi yaratmalıdır; qəsd real olmalıdır; Qəsd real olmalı, obyektiv olaraq baş verməlidir, qəsd müdafiə edənin yalnış təsəvvürü ilə uydurulmamalı; qəsd mövcud olmalıdır. Kriminal qəsd başlamalı, davam etməli, hələ qurtarmamış olmalıdır, bu zaman intervalında zəruri müdafiə vəziyyəti yaranır.
Müdafəyə aid olan şərtlər: müdafiə şəxsin özünün, başqasının şəxsiyyətinin və hüquqlarının qorunmasına və ya cəmiyyətin, dövlətin mənafeyinin qorunmasına yönəlməlidir; müdafiə zəruri müdafiə həddini aşmamalıdır; müdafiə qəsd edənə zərər vurma yolu ilə həyata keçirilməlidir.