Mülki Məcəllənin 1159-cu maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı 1-ci növbə vərəsələr (ölənin uşaqları, miras qoyanın ölümündən sonra doğulan uşaq, arvad (ər), valideynlər (övladlığa götürənlər) bərabər pay hüquqlu vərəsələr hesab edilirlər. Yəni miras qoyanın qız və ya oğlan övladı varsa, qanun üzrə vərəsəlik zamanı, miras əmlak onlar arasında bərabər şəkildə bölünür.
Miras qoyan vəsiyyətnamə tərtib edərək mirası kənar şəxsə vəsiyyət etsə belə, qanun üzrə 1-ci növbə vərəsələr mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər.
Miras qoyan vəsiyyətnamə tərtib edərək mirası kənar şəxsə vəsiyyət etsə belə, qanun üzrə 1-ci növbə vərəsələr mütləq mirasdan məcburi pay almaq hüququna malikdirlər.